Göygöldə maşın aşıb, 22 yaşlı sürücü ölüb

goygolde-masin-asib-22-yasli-surucu-olub
Oxunma sayı: 1107

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Balçılı kəndində baş verib. Hərəkətdə olan "Ford" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü 22 yaşlı Şəhriyar Quliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli