Göygöldə mikroavtobus aşıb, xəsarət alan var

goygolde-mikroavtobus-asib-xesaret-alan-var
Oxunma sayı: 912

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər - 19 yaşlı Qələndər İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 10-a yaxın sərnişin olub. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli