Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum oldu - Yenilənib

goygolde-qetle-yetirilen-ana-ve-qizinin-kimliyi-melum-oldu
Oxunma sayı: 1922

Göygöldə iki qadın qətlə yetirilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.
 
Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, öldürülən qadınların ana və qızı olduğu məlum olub.
 
Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. 

***

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası, həm də xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.
 
Məlumata görə ailənin iki övladı var.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.