Göz yaşı həyatını xilas etdi - Həkimlər öldüyünü demişdi

goz-yasi-heyatini-xilas-etdi
Oxunma sayı: 3060

Hindistanda 18 yaşlı Qandham Kiran yüksək temperatur səbəbiylə aparıldığı xəstəxanada komaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Pillamarri kəndində qeydə alınıb. 

Bir həftə sonra həkimlər gəncin valideynlərinə onun öldüyünü deyiblər. Bundan sonra kəfənlənən Qandham yandırılmaq üzrə olanda anasın diqqəti onu həqiqi ölümdən xilas edib.

Belə ki, Kiranın anası oğlunun gözündən yaş gəldiyini görüb. Bu zaman onun ölmədiyi üzə çıxıb. 3 gün müalicə alan Qandham Kiran sağlamlığına qovuşub.