“Gözəl ölkə, gözəl insanlar və dadlı yeməklər...”

gozel-olke-gozel-insanlar-ve-dadli-yemekler
Oxunma sayı: 3159

Xəbər verdiyimiz kimi, dünən dünyaca məşhur sima Kardi Bi Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edib.  O, “Baku Crystal Hall” səhnəsində pərəstişkarları ilə görüşüb.  

“Qafqazinfo”nun məlumatına görə, 26 yaşlı ifaçı Azərbaycana gələn kimi instaqram səhifəsində paylaşımlar etməyə başlayıb. 

Əvvəlcə, o, qaldığı otelin görüntülərini, yeməkləri və şirniyyatları videoya çəkərək izləyiciləri ilə bölüşüb. Kardi konsertdən sonra isə hesabında yorğun halda çəkilmiş şəklini yayaraq təşkilatçılara təşəkkürünü bildirib:

“Ölü kimi yatmaq... Bakı, izdiham məni yordu. Bakı, Azərbaycan, məni “Formula 1” tədbirinə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Gözəl ölkə, gözəl insanlar və dadlı yeməklər...”