“Gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi” - İsa Qəmbərdən xoş xəbər

gozel-xanimlarla-foto-cekdirmeyime-icaze-verdi
Oxunma sayı: 5549

Bir neçə gün öncə əməliyyat olunan Müsavat partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə foto paylaşaraq Firdövsi İbrahimov başda olmaqla Mərkəzi Klinikanın həkim heyətinə təşəkkürünü bildirib.

Hər zaman yumoru ilə fərqlənən İ. Qəmbər bu dəfə "Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi" - deyə qeyd edib.