Gözəllik müsabiqəsində qalmaqal – - Foto

gozellik-musabiqesinde-qalmaqal-
Oxunma sayı: 1595

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, müsabiqədə qalib gələn 26 yaşlı Denise Garridonun xoşbəxtliyi qısa müddət davam edib. Belə ki, kanadalı təşkilatçılar müsabiqədən bir gün sonra nəticənin yanlış açıqlandığını və Garridonun 3-cü yerə layiq görüldüyünü bildiriblər. 

Onların sözlərinə görə, qalib Riza Santoz adlı qız olub.

Yarışmanın təşkilatçıları buna səbəbin qeyri-peşəkar işçinin nəticələri kompyuterə səhv köçürməsi ilə izah ediblər.

Garrido isə 24 saatlıq da olsa, tacı taxmağın gözəl hiss olduğunu söyləyib.