Gözəllik Müsabiqəsinin final tarixi dəyişdirildi

gozellik-musabiqesinin-final-tarixi-deyisdirildi
Oxunma sayı: 1117


“Qafqazinfo”nun məlumatına görə, bu haqda "Miss Globe International"ın Global direktoru Savaş Agca açıqlama verib: 

"Müsabiqənin finalı bu ilin avqust ayının 27-si "Baku Crystal Hall"da baş tutacaq. Müsabiqəyə möhtəşəm şou ilə açılış ediləcək. Həmin gün demək olar ki, bütün dünyanın gözü Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq. "Miss Globe International" haqda ancaq mənim mətbuata açıqlama vermə hüququm var. Mətbuatda müsabiqə haqda yazılacaq digər xəbərlər əsassızdır”. 

Savaş Agca  mətbuat orqanlarında müsabiqənin təxirə düşməsi barədə yazılan fikirlərə də aydınlıq gətirib: 

"Müsabiqənin təxirə düşməsi haqda söhbət gedə bilməz. Sadəcə bəlli səbəbdən tarixi dəyişdirilib. Biz bu müsabiqəni Azərbaycanda keçirməklə bir daha qardaş ölkəmizi dünyaya tanıtmaq məqsədindəyik. Hər kəsi müsabiqəyə tamaşa etməyə dəvət edirik. Müsabiqədə qonaq qismində tanınmış simalar- Demet Akalın, Gökhan Özen. İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və başqaları iştirak edəcəklər. Aparıcı Türkiyənin tanınmış aktrisa və aparıcısı Burcu Esmersoy olacaq. Bundan başqa, tanınmış dəb ustası Barboros SANSAL və başqa sürpriz isimlər də müsabiqəyə təşrif edəcəklər. Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən Kanal D magazin, Star magazin, Show Tv magazin, Tv8 Magazin proqramlarının çəkiliş qrupu da gələcək. Müsabiqəmizin şüarı "Dünya Azərbaycana gəlir" adı altındadır”.