Gözəllik yarışmasında finala qaldı, kişi olduğu üzə çıxdı - Video + Fotolar

Gözəllik yarışmasında finala qaldı, kişi olduğu üzə çıxdı
Oxunma sayı: 8209

Qazaxıstanda keçirilən qadınların gözəllik yarışmasında şok hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bütün təsnifat mərhələsini uğurla keçən Arina Əliyeva adlı iştirakçı yarışmada finala qaldıqdan sonra gözlənilməz etiraf edib.

O, əslində kişi olduğunu və yarışmaya qatılmaq üçün özünü qadın görünüşünə saldığını bildirib. Əsl adının isə İlay Daqilev olduğunu deyib.

Bundan sonra yarışmanın təşkilat komitəsi onu müsabiqədən uzaqlaşdırıb.

İ.Daqilev etdiyi hərəkəti isə belə izah edib:

“4000 nəfərin arasından finala qaldım. Mən hər zaman təbii gözəlliyə üstünlük vermişəm. Lakin indiki zamanda bir çox qız eyni formada geyim və makyajlara üstünlük verirlər. Dəbə uyğun hərəkət edərək gözəl olduqlarını hesab edirlər, amma mən elə düşünmürəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi