Gözətçini döyüb evi yandırdılar

gozetcini-doyub-evi-yandirdilar
Oxunma sayı: 646

Xəzər rayonunun Zirə qəsəbəsində bağ evində cinayət baş verib.

“Qafqazinfo” xezerxeber.az-a istinadən xəbər verir ki, bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar. İkimərtəbəli bağ evinin yandığını görən qonşular dərhal müdaxilə etmək istəyiblər. Ancaq yanğının miqyası böyük olduğu üçün onlar yanğınsödürənlərə xəbər veriblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə huşsuz vəziyyətdə yaralı olan İqor Vasini aşkar ediblər. O, dərhal qonşuların köməyi ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı Xəzər rayon polis idarəsi və ərazi üzrə 1-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Həmin vaxt onlar quldurluq yolu ilə əldə etdikləri təmir-tikinti alətləri də aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, hadisənin dəqiq təfərrüatları araşdırılır.