Gözlədiyi avtobus tərəfindən vuruldu - Bakıdakı dayanacaqda

Gözlədiyi avtobus tərəfindən vuruldu
Oxunma sayı: 1459

Bakıda dayanacaqda avtobus sərnişini vurub.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 23 yaşlı Şıxmuradov Nazim Ədilxan yol istiqamətində irəli çıxarkən onu gözlədiyi “Daewoo” markalı sərnişin avtobusu vurub. N.Şıxmuradov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Daewoo” markalı sərnişin avtobusunun nömrəsi məlum olmasa da, Bülbülə qəsəbəsi istiqamətində getdiyi bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi