Gözlər Moskvada... - Fotolar

gozler-moskvada
Oxunma sayı: 7666

Bu gün gələn il Rusiyada keçiriləcək dünya çempionatının püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, mərasim Moskvada Dövlət Kreml sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq. 

Aparıcılar veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar. 

Qeyd edək ki, Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq. 

Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir:

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.