Gözləri görməsə də, hiss edir...

Gözləri görməsə də, hiss edir...
Oxunma sayı: 714

Beynin mərkəzi sinir sistemində rast gəlinən qeyri-adi vəziyyətlərdən biri də kor olduğun halda görə bilmə bacarığıdır. 

 İsveçrədə yaşayan Milina Cunningin başına gələnləri “Qafqazinfo” “BBC”yə istinadən təqdim edir.

Milinanın sözlərinə görə xəstəxənaya getdiyi zaman görmə qabiliyyəti normal idi:

“20 yaşımda olarkən səhhətimdəki problemlərə görə həkimlər məni komaya saldılar. 52 gün komada qaldım. Oyandığımda heç nə görmürdüm. İflic keçirdiyim üçün belə olduğumu dedilər. Zamanla hər şey dəyişməyə başladı. Dostlarıma bəzi rəngləri görə bilirəm deyəndə heç kim mənə inanmırdı. Professor nevroloq Gordon Dutton müayinə edən kimi mənim “görmə” qabiliyyətimin olduğunu dedi. 

Evdə olduğum zaman tökülənləri yığışdırıb, otaqları səliqəyə sala bilirəm. Ancaq heç nə görmürəm. Ətrafımda nələrinsə baş verdiyinin fərqindəyəm. Beynim mənə yol göstərir. Evdəkilər ortalıq yerdə nə isə qoyurlarsa, ayağım ilişməsin deyə onları götürüb başqa yerə qoymalarını deyirəm. Yerdə ayaqqabı, çanta və başqa əşyalar varsa onları görürəm və bəzən də əyilib qaldırıram. Kiminsə yaxınlığımda olduğunu da hiss edirəm. Ancaq görə bilmirəm. Görə bildiyim şeylər çox qəribədir. Görməməliyəm əslində, çünki görmə məhdudiyyətliyəm”. 

Ülviyyə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi