“Gözlərim yaşardı” - “Qarabağ”ın legioneri

“Gözlərim yaşardı”
Oxunma sayı: 1261

"Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak “Çelsi”yə 0:6 hesabı ilə uduzduqları oyundan sonra Londona dəvət etdiyi “Legiya” klubunun əlil azarkeşləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, həmin fanatlarla foto çəkdirib və şəxsi “İnstagram” hesabında paylaşıb. 

Jezniçak fotonun üzərinə bu sözləri yazıb: “Biz bu insanlara çox dəyər verməliyik. Onları görüncə gözlərim yaşardı. Fotoda onlar təşəkkür edirlər, amma hər dəfə mən onlara təşəkkür edirəm”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi