“Gözlərimi açıb düşünürəm, reallıqdır, yoxsa yuxu?” - İbrahim Şehiç

“Gözlərimi açıb düşünürəm, reallıqdır, yoxsa yuxu?”
Oxunma sayı: 1465

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina mətbuatına danışıb. “Qafqazinfo” xəbər verir ki, UEFA Çempionlar Liqasında “Atletiko” ilə 1:1-lik sürpriz heç-heçəyə imza atan Ağdam klubunun çərçivə qoruyucusu uğurlu nəticədən söz açıb.

O, bu bərabərliyin sevincini bölüşüb: “Mən hələ də Çempionlar Liqasında oynadığımıza inanmıram, nəinki “Atletiko”dan xal aldığımıza. Mən oyanıram, gözlərimi açıram və düşünürəm ki, bu reallıqdır, yoxsa yuxu?”.

Şehiç Avropa nəhənglərinə qarşı asan təslim olmayacaqlarını, heç kim üçün zəif rəqib sayılmadıqlarını dilə gətirib: “Hər kəsə göstərdik ki, nəhəng komandalara qarşı oynaya bilərik. Hamı bilir ki, biz neçə illərdir bu komandanın uğuru üçün çalışırıq. Yatırılan investisyalar da boşa getmir. ÇL qrupunda isə bizdən heç kim heç nə gözləmir. Çünki hansı komandalara qarşı oynadığımız bilirlər. Yüksək keyfiyyətli rəqiblərlə mübarizə aparırıq. Son turda gördünüz ki, “Roma” “Çelsi”ni necə uddu. Halbuki biz bu komandaya 1:2 uduzmuşduq”.

Qolkiper  oyundan öncə “Atletiko”nu yaxşı analiz etdiklərini deyib: “Biz hər gün bu futbolçuları izləyirik. Qrizman, Torres kimi futbolçuların oyunu heç kimə sirr deyil. Amma hər matçdan öncə rəqibi xüsusi şəkildə analiz edirik. Onlar haqqında xüsusi detallara baxırıq. Komandamızda iki peşəkar ekspert var. Onlar Bolqarıstan və İspaniyadandır. Baş məşqçimizə lazımi şəkildə kömək edirlər. Meydana çıxdığımız zaman özümüzüə çox güvənirik və yaxşı nəticə əldə etməyin vacibliyini dərk edirik. Mübsət ab-hava uğurun təməlidir. Avropa Liqasına düşmək üçün qrupda əlimizdən gələni edəcəyik. Şansımızdan yararlanmalıyıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi