“Gözümü açdım ki, morqdayam…”

gozumu-acdim-ki-morqdayam
Oxunma sayı: 4229

“Bir neçə dəfə ölümdən qayıtmışam. Termometri sındırıb civəsini sümürüb içmişəm. Kliniki ölüm keçirmişəm. Ölümdən öncəni və sonrakı mərhələni xatırlayıram. 3 yaşımda konservləşdirilmiş bolqar bibərini yemişəm.  Yeməyim yadımdadır, sonrakı prosesi unutmuşam.

Gözümü açdım ki, morqdayam, hər yer ağ idi, nəfəsim özümü boğurdu.  Rəsmi şəkildə xəstəxana deyibki, ölmüşəm. Atam da rayonda hər kəsə məlumat vermişdi. Sonra xəstəxanada oyandığım məlum olub”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmdə danışarkən bildirib. 

O, proqramda maraqlı açıqlamaları ilə yadda qalıb: “Birinci həyat yoldaşımla başqa dünyanın insanları idik. 5 il bərabər yaşadıq və övladımız dünyaya gəldi. 12 saatdan sonra övlad dünyaya gətirdim. Birinci oğlum Rövşən, sonra qızım Bənövşə doğuldu. Əkiz idilər. Xeyli qan itirdim.Əməliyyat olandan sonra mənə dedilər ki, uşağın biri yoxdur.  Qızımla bir-birinə çox bənzəyirdi”.