Gözümüzün düşməni...

gozumuzun-dusmeni
Oxunma sayı: 2428

Bilirsinizmi ki, katarakta (mirvari suyu) 40 yaşından sonra görmə qabiliyyətinin itirilməsinin əsas səbəbidir? Prevent Blindness America təşkilatının məlumatına əsasən, katarakta səbəbindən görmənin zəifləməsi halları birlikdə götürülmüş qlaukoma nəticəsində dumanlanma, makulyar degenerasiya və diabetic retinopatiyadan daha çoxdur. 

Lakin heç bir qorxuya səbəb yoxdur. Yaşınızdan asılı olmayaraq, katarktanın qarşısını almağa və ya onun inkişafını zəifləməyə yardım edəcək addımlar var. Lakin görmə qabiliyyətinizin katarakta barədə düşünəcəyiniz qədər zəifləməsini gözləməyin – ardını oxuyun və özünüz üçün artıq bu gün sağlamlığa doğru bir ip ucu kəşf edin.

1. Zərərli  vərdişlərinizi nəzarət altında saxlayın

Heç kimə sirr deyil ki, siqaret nəinki sizin, hətta ətrafınızdakı insanlar üçün də sağlamlıq riski yaradır. Bəs bilirdinizmi ki, siqaret çəkmə sizin gözlərinizə də ziyan vurur?  Araşdırmalar göstərir ki, siqret çəkmə kataraktanın yaranma təhlükəsini artırır. Odur ki, siqareti atmaq üçün daha bir səbəbə ehtiyacınız varsa, gözlərinizin gələcək sağlamlığı barəsində düşünün.

Bu həftə yaxşı vaxt keçirmək üçün planlarınız var? Yalnız pivə, şərab və kokteylin barədə düşünün. Siqaret kimi, spirtli içkilər də bir çox xəstəliklərin, həmçinin kataraktanın yaranmasına səbəb ola bilər.

2. Düzgün qidalanın

Araşdırmalar göstərir ki, şəkərli diabetli insanlarda kataraktanın yaranma riski yüksəkdir. Bu səbəbdən də qandakı şəkərin miqdarının normada saxlanılması həm sizin ümumi sağlamlığınız, həm də gözlərinizin sağlamlığı üşün son dərəcə önəmlidir.

Lakin sağlam pəhriz hər birimiz üçün vacib olmalıdır. Biz hər zaman xəstələrimizə çoxlu miqdarda göyərti  və meyvə yeməyi məsləhət görürük. Vitamin əlavələri də gündəlik rasionumuzda ala bilmədiyimiz maddələri tamamlamaq üçün yaxşı vasitədir . Beta-karotin, selen, C və E vitaminləri kimi antioksidantlarla zəngin qidalar da kataraktanın yaranmasını qarşısını ala bilir. Antioksidantlarla zəngin tərəvəzlərdən kələmi, ispanagi, brokkoli, qirmizi bibəri  göstərə bilərik.

3. Gözlərinizi günəşdən qoruyun

Biz əvvəl də deyirdik, indi də deyirik, gözlərinizi ultrabənövşəyi şüalardan qoruyun və onlar sizə minnətdar olacaqlar. Araşdırmalar göstərir  ki, ultrabənövşəyi şüalar hətta gənc insanlarda belə kataraktaya səbə ola bilər. Şüalanmanı azaltmaqdan ötrü, evdən çıxan zaman papaq taxın və fəsildən asılı olmayaraq, ultrabənövşəyi filtri olan günəş eynəklərindən istifadə edin.

4. Göz həkiminə müraciət edin

Hətta əgər gözləriniz tam sağlamdırsa belə, ildə bir neçə dəfə, mütəmadi olaraq göz həkiminə getməyi adət edin. Vaxtaşırı müraciətlər sizin həkiminizə katarakta, qlaukoma, makulyar degenerasiya və sair görmə problemlərinin əlamətlərini aşkarlamaqda yardımçı olur. Xəstəliklərin vaxtında aşkarlanması isə sizin görmənizi xilas edə bilər!

Qeyd: Amerika Oftalmoloqlar Akademiyasının üzvü - cərrah-oftalmoloq  Günay  Əliyeva digər yazıları və onunla əlaqə üçün bu ünvana müraciət edin:

 www.eyeclinic.az  

https://www.facebook.com/OftalmoloqcerrahDr.GunayAlieva