GUAM Bakıda toplaşır

guam-bakida-toplasir
Oxunma sayı: 649

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə ediləcək. Bundan əlavə, GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Respublikası 2012-ci ilin yanvarın 1-dən bir il müddətinə GUAM-da Sədrlik funksiyalarını öz üzərinə götürmüşdü. Görüşdə Azərbaycan tərəfini AR Xarici İşlər Nazirinin müavini cənab Araz Əzimov təmsil edəcək.