Güclü daşqınlar 166 nəfərin həyatına son qoydu - Video

guclu-dasqinlar-166-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1120

Hindistanın Assam və Bihar ştatlarında güclü musson yağışları nəticəsində baş verən daşqınlar azı 166 nəfərin həyatına son qoyub. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu bölgədə 10 milyondan çox insan təbii fəlakətdən zərər çəkib.

Assamda 3,8 milyon, Biharda isə 7,2 milyondan çox insan daşqın zonasında qalıb.

Assam ştatının infrastrukturuna ciddi ziyan dəyib. Daşqınlar səbəbindən yuyulan yollar və zədələnən körpülər xilasetmə əməliyyatlarının aparılmasını çətinləşdirir.