Güclü külək ATS-in binasının damını uçurdu - Video

Güclü külək ATS-in binasının damını uçurdu
Oxunma sayı: 6996

Ölkə ərazisində bu gün gecədən hökm sürən güclü külək Sumqayıt şəhərində daha bir fəsad törədib.

“Qafqazinfo”nun məlumatına görə, külək 13-cü mikrorayondakı ATS-in binasının damını uçurub. Görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, güclü külək bu gün Sumqayıt şəhərində marşrut avtobusuna da ziyan vurub. Xəttə yeni çıxan 7 saylı marşrut avtobusunun pəncərəsinə ərazidə abadlıq işləri üçün quraşdırılan dəmir konstruktor aşaraq dəyib. Avtobusda sərnişin olmadığı üçün xəsarət alan olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi