Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq

Güclü külək əsəcək, qar yağacaq
Oxunma sayı: 3864

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

"Qafqazinfo" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında martın 05-i gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında martın 05-i axşamdan martın 07-si səhərədək arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi