Güclü külək evlərin damını uçurdu - Yenilənib+Foto

guclu-kulek-evlerin-damini-ucurdu
Oxunma sayı: 2431

Dünəndən başlayan güclü külək qərb rayonlarında fəsadlara səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Zaqatalanın əsas küçələri də daxil olmaqla digər ərazilərdə ağaclar aşıb, elektrik və rabitənin verilişi dayanıb .Yerli sakinlərin sözlərinə görə, bəzi  yaşayış binalarının və fərdi evlərin dam ortüyünü külək qoparıb.

Eyni hadisələr Göyçayda da baş verib. Təbii fəlakət nəticəsində rayon mərkəzi də daxil olmaqla bütün kəndlərdə elektrik enerjisi dayanıb. Bəzi yerlərdə irili-xırdalı ağaclar sınaraq aşıb.

***

Gəncədə də eyni hal yaşanıb. Belə ki, təbiət hadisəsi nəticəsində bəzi ərazilərə gedən elektrik xətləri və dirəklər qırılıb, gövdəsi zəif olan ağacların bəziləri aşaraq avtomobil yolunu bağlayıb. Həmçinin külək bir tikilinin dam örtüyünü də dağıdıb. 

Gecə saatlarından aidiyyatı qurumlar fəsadları aradan qaldırmağa başlayıblar. 

Rəşad Türkoğlu 

Elmar Əli