Güclü qar ölkəni “dondurdu” - 100-dən çox təyyarə reysi ləğv edildi

guclu-qar-olkeni-dondurdu
Oxunma sayı: 3819

Yaponiyanın paytaxtı Tokioda aramsız yağan qar yağışı ölkədə fəsadlara səbəb olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Narita və Haneda hava limanlarında ümumilikdə 100 reys ləğv edilib.

Dəmiryollarında aparılan fasiləsiz işlər nəticəsində isə qatar reyslərinin fəaliyyətində problem yaranmayıb.

Rəsmilər yollarda buzlanmaya görə əhaliyə xəbərdarlıq və zəruri olmadığı hallarda çölə çıxmamaları barədə tövsiyyə ediblər.

Qeyd edək ki, ölkədə havanın temperature mənfi 24,4 dərəcəyə qədər enib.