Güclülər xal itirdi

gucluler-xal-itirdi
Oxunma sayı: 777

“Qafqazinfo”nun verdiyi məlumata görə, açılış turunda iddialı klublardan heç biri qələbə qazana bilməyib.

Ümumiyyətlə, keçirilən 5 qarşılaşmadan 4-də heç-heçə qeydə alınıb. Yalnız “Turan” qələbə qazanmağı bacarıb. Tovuzlular Gəncədə “Kəpəz”i üstələyib. Turun mərkəzi oyununda “İnter”lə “Qarabağ” qarşılaşıb. Ağdamlılar qələbəni son dəqiqələrdə əldən verib. Turun ən gözlənilməz nəticəsi isə “Dalğa Arena”da qeydə alınıb. “Xəzər Lənkəran” “Rəvan”la oyunda xal itirib – 1:1.

Azərbaycan premyer liqası, ilk tur.

"Rəvan" - "Xəzər Lənkəran" - 1:1
Qol: Salliu Bundu, 10 - Branimir Subaşiç, 55
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
"Dalğa Arena" stadionu.

"İnter" - "Qarabağ" - 1:1
Qol: Muarrem Muarrem, 37 - Admir Teli, 88 (avtoqol)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"AZAL Arena" stadionu.

"Simurq" - "Qəbələ" - 1:1
Qollar: Dejan Kelhar, 21 (0:1), İlkin Qırtımov, 66 (1:1)
Qırmızı vərəqə: Ürfan Abbasov, 84 ("Qəbələ")
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər stadionu.
"Simurq": 1. Dmitriy Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 5. Rüstəm Abbasov, 7. Ruslan Poladov, 9. Marsin Burkbard, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 79. Nenad Stoyanoviç
"Qəbələ": 25. Kosta Silva Dieqo, 3. Vurğun Hüseynov (k), 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 15. Kalabane Umar, 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşıyev, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Kelhar Dejan, 88. Nodar Məmmədov

"Sumqayıt" - AZAL - 2:2
Qollar: Cavid Tağıyev, 15 (0:1), Orxan Əliyev, 45 (1:1), Pərdis Fərcad-Azad, 59 (2:1), Zohair Benouahi, 72 (2:2)
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
Mehdi Hüseynzadə adına stadion.
"Sumqayıt": 1. Səlahət Ağayev, 2.Atam Məhəmməd Əli, 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 13. Murad Ağayev, 10. Ceyhun Sultanov, 22. Slavik Alxasov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Juan Fransisko, 4. Ailton Jose Junior, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 11. Zohair Benouahi, 15. Oskars Klyeva, 16. Junior Nildo, 3. Usim Nduka, 20. Branislav Arseniyeviç, 28. Artur Patras

"Kəpəz" - "Turan" - 1:2
Qollar: İrakli Beraya, 13 (1:0), Murad Ağakişiyev, 37 (1:1), Azər Məmmədov, 75 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu.
"Kəpəz": 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 66. Lyuba Baranin, 15. Şahin Kərimov, 17. Renat Sultanov, 18. Nikolay Svejnitsov, 10. Armando Feutçine, 11. Qoqa Beraya, 9. İrakli Beraya, 6. Məhərrəm Hüseynov, 30. Yuri Fomenko
"Turan": 28. Mikayıl Yusifov, 2. Hüseyn İsgəndərov, 3. Ante Zuzak, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov 8. Budaq Nəsirov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 11. Qoqi Pipia, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina


Ceyhun Əhmədov