Gül dükanında yanan qadın öldü

gul-dukaninda-yanan-qadin-oldu
Oxunma sayı: 1319

Tovuz rayonunda ticarət mərkəzində yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisədən sonra Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Nərgiz Əmiraslanova bir neçə gün öncə Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilsə də, müalicələr müsbət nəticə verməyib.

Yanvarın 23-də qadının vəziyyəti daha da pisləşib. Yaxınlarının razılığı ilə qadın mərkəzdən çıxarılıb. O, Tovuz rayonuna aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisə yanvarın 18-də rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb və bədəninin 65 faizdən artıq hissəsi yanıb.