Gül Ərdoğanı önəmli gündə tək qoyacaq

gul-erdogani-onemli-gunde-tek-qoyacaq
Oxunma sayı: 769

Mayın 21-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçiriləcək fövqəladə qurultayında prezident Rəcəb Tayyib Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq. 

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumat görə, qurultaya ölkənin 11-ci prezidenti Abdulllah Gül də dəvət olunub. Lakin prezidentlik postunu tərk edəndən sonra siyasi tədbirlərə qatılmamaqla bağlı qərar qəbul edən sabiq prezident bu qurultayda da iştirak etməyəcək.