Gül ilk dəfə rüşvət əməliyyatından danışdı - - "Hər kəs rahat olsun"

gul-ilk-defe-rusvet-emeliyyatindan-danisdi-
Oxunma sayı: 2955


Türkiyə prezidenti Abdulla Gül ölkədəki səs-küylü rüşvət əməliyyatı haqqında ilk dəfə danışıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abdulla Gül “rüşvət varsa üstünü örtmək olmaz” deyə məsələyə münasibətini ortaya qoyub:

“Türkiyə artıq Avropa Birliyi ilə müzakirələr aparan bir ölkədir. Rüşvət varsa, üzərini örtmək olmaz, hər kəs rahat olsun. Bunu bilin, çünki Türkiyə 15-20 il əvvəlki Türkiyə deyil. Son qərarı məhkəmə verəcək. Türkiyə hüquqi dövlətdir, iddialar məhkəməyə daşındı, məhkəməni gözləyəcəyik. Məhkəmə Türkiyədə həm azad, həm də tərəfsizdir. Həqiqəti ortaya çıxaracaq. Hər birimizin, millətin adına doğrunu söyləyəcək. Dövlət içində sadəcə dövlətin nüfuzu keçərlidir. Şəxsi ideologiyalar dövlət içində keçərli deyil”.

Abdulla Gül eyni zamanda rüşvət əməliyyetında adları çəkilən nazirlərin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı verilən sualları da cavablandırıb:

“Nazirlərlə bağlı baş nazirlə uzun-uzadı danışdıq. Onun da bu məsələ ilə bağlı bəzi düşüncələri var. Hazırlıq görür və dəyərləndirmələr edir. Mən də düşündüklərimi ona bildirdim. O, gəldikdən sonra görüşəcəyik. Sualınızın cavabını o görüşdən sonra biləcəksiniz”