“Gül kimi eviniz, maşınınız var...”- - Xatirə

gul-kimi-eviniz-masininiz-var-
Oxunma sayı: 1637


“Bəzi sənətçilərin bədbəxtliyi ondadır ki, bir-birlərini bəyənmirlər. Təki şou-biznesdəkilər bir-birlərini mənim onları istədiyim kimi istəsinlər.  İstəyirəm ki, aramızda olanları xalq bilməsin. Bəzi həmkarlarım deyir ki, bilsəydi, müğənni olmazdı. O biri deyir ki, oğluna müğənni almaz, digəri söyləyir ki, qızını müğənni olmağa qoymaz. Oğluma niyə müğənni almayım? Qızımın səsi olsa, niyə müğənni olmağa qoymayım? O sözü deyənlərin özlərində nöqsan var. Müğənniliklə bu yerə gəlib çıxmısınız. Ali təhsilli insanlar işə getmək üçün  səhər saat 7-də avtobus gözləyirlər. Gül kimi eviniz, maşınınız, yaşayışınız var.  Gözəl yaşayışı sənətinizlə, səsinizlə qazanmısınız.  O səsinizə hörmət edin. Övladım kaş mənim kimi müğənni olsun. Dırnaqarası oxuyanlardan danışmıram. Müğənnilərin uşaqları xarici ölkələrdə təhsil alır. Bu qədər gözəl şeylərdən sonra adam  “bilsəydim müğənni olmazdım” deyər? Onlara sual verirəm.  Bu cür yaşamaq üçün kim olardın?”.

Könül