Gül nə işlə məşğul olacaq?- - Yenilənib

gul-ne-isle-mesgul-olacaq-
Oxunma sayı: 3718


Səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdulla Gül Çankaya köşkündə son dəfə jurnalistlərlə bir araya gəlib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, avqustun 28-i səlahiyyət müddəti başa çatan Gül gələcək işləri barədə danışıb:

“Prezidentliyim başa çatanda şübhəsiz ki, partiyama geri dönəcəyəm. Partiyama geri dönməyim mənim üçün təbii haldır. İnanıram ki, Türkiyə çox güclü şəkildə yoluna davam edəcək”.

***

Gül daha sonra qeyd edib:

"Bu partiyanın qurucusuyam. İlk baş naziri və prezidentiyəm. Mənim siyasi mücadiləm ortada. Üstünlükləri, əksikləri ilə 7 il keçib və bu 7 ildə çox şey oldu. Mən keçmişlə yaşamıram, gələcəyə baxıram”