“Gül satan qız idim...”- - Məşhur müğənni keçmişindən danışdı

gul-satan-qiz-idim-
Oxunma sayı: 2551


 “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclik illərindən danışan ifaçı 80 lirəyə çiçək satan ürkək bir qız olduğunu etiraf edib:

“Həmişə mənə deyirlər ki, nə çox gəzirsən, nə çox pul xərcləyirsən, sən bu pulu necə qazanırsan, çox mədəniyyətsizsən. İnşallah onlar da bu qədər pul qazanar. Mən çox kiçik bir yerdən gəlmişəm və çox mədəniyyətsizliklər etmişəm. Tezliklə bu qədər pul qazanan hər kəs belə edərdi. Tənqid ediləcək deyil, nümunə götürüləcək bir həyatım var. Cansel Özzenginlə gecəsi 80 lirəyə çiçək satan iki qız idik. Oradan buraya gələn bir həyat hekayəm var. Çox ürkək insanam. Həyat yoldaşım Okan soruşur ki, sənin kimi ürkək bir insan necə olur ki, 10 minlərlə insanın qarşısında mahnı oxuyur. Manekenlik həyatıma alt paltarını təqdim edən maneken kimi  başladım. Bu mənim edə bilməyəcəyim bir iş deyildi. Yəqi,n ürkəkliyimə o zaman qalib gəlmişəm”.