“Gül Vüqar”ı öldürən hakim qarşısına çıxarıldı

gul-vuqari-olduren-hakim-qarsisina-cixarildi
Oxunma sayı: 2307

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxov icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın  25-də davam etdiriləcək.

İttihama görə, V.Novruzov 2018-ci il mayın 24-də Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçalqayaraq öldürüb. Belə ki, V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb və bunu qəbul etməyərək əvvəl işlədiyi mağazaya gələrək orada keçmiş müdirini kürəyindən bıçaqlayaraq öldürüb.

V.Quliyev Sumqayıt şəhərində gül biznesi ilə məşğul olub və “Gül Vüqar” ləqəbi ilə tanınıb. Onun şəhərdə bir neçə gül dükanı var. 

Murad Əhməd