Gülay Kamili instaqramda niyə izləmir?

gulay-kamili-instaqramda-niye-izlemir
Oxunma sayı: 3187

“Xətrimə dəyən insanlardan uzaq oluram.  Sizə bir şey danışım. 30 yaşıma kimi belə bir şey görməmişdim. Biz Məşhəd ziyarətinə getmişdik. Qızım bir anlıq mənə dedi ki, sən pissən. Mən bu sözə görə oturub ağladım. Bəlkə də, ömrümdə bu qədər ağlamamışdım. Anam onu başa saldı. Gəlib daha sonra məni öpüb qucaqladı”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “X maqazin” proqramında bildirib. O, verilişdə həyat yoldaşı Kamil Zeynallını instaqramda izləməmə səbəbini açıqlayıb:

“Kamil sürprizlər etməyi sevir. “Youtube”u açıb baxsaz, mənə sürpriz etdiyi videoları görə bilərsiz. Kamil instaqrama girdiyi gündən heç kimi izləməyib.  Mən də ulduz adamam, məni izləməyini mən də izləmirəm (gülür). Bir ara Kamil sosial şəbəkədə aqressiv paylaşımlar edirdi. Ona zəng vurub deyirdim ki, yazdıqlarını sil, amma silmirdi. Söyləyirdi ki, əcəb edirəm”.