“Gülay məni izləyəndə belə onu izləmirdim”

gulay-meni-izleyende-bele-onu-izlemirdim
Oxunma sayı: 4384

İdmançı Kamil Zeynallı müğənni xanımı Gülay Zeynallıdan ayrılmağı barədə yayılan məlumatlara münasibət bildirib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Kamil “X maqazin”ə açıqlamasında vurğulayıb. 

O, hər şeyin qaydasında olduğunu qeyd edib: “Ailə həyatımda vəziyyət əladır. Biz həyatımızı instaqram üzərində qurmamışıq. Heç kimi izləmirəm, “follow” siyahım sıfırdır. Gülay məni izləyəndə belə onu izləmirdim. İnstaqramla hər şey ölçülmür. Qızımız məktəbə gedir. Dedi-qodular həmişə olub, olacaq”.