Gülbən əsəbini mikrofondan çıxdı

Gülbən əsəbini mikrofondan çıxdı
Oxunma sayı: 1750

Keçmiş əri Erhan Çelikə evli iş adamı Tolga Duğleslə xəyanət etməsi ilə gündəmə gələn Gülbən Ərgən yayılan xəbərlərdən sonra ilk dəfə görüntülənib. 

“Qafqazinfo” xəbər verir ki, hava limanında kameralara tuş gələn sənətçi aqressiv və əsəbi halı ilə diqqət çəkib. 

O, onu lentə alan mətbuat orqanlarını görərək təəccüblənib və qalmaqallı mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib. 

Ərgən Uçankuş TV-nin müxbirinin təkidlə verdiyi suallara cavab verməyib, onun mikrofonunu əlindən almaq istəyib:

“Heç bir açıqlama verməyəcəm.  Mən sizə nə dedim? Uzatmayın. Sən nəsən? Mikrofonu mənə ver! Göstərəcəm sizə”.

Gülbənin ilk dəfə belə görüntülənməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib və hər zaman mülayim addımları ilə yadda qalan ifaçı sərt tənqid edilib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi