Gülbən şikayət etdi, 3 veriliş cəzalandırıldı

gulben-sikayet-etdi-3-verilis-cezalandirildi
Oxunma sayı: 2524

Türkiyə Televiziya Şurası (RTÜK) ölkənin ən məşhur üç proqramını cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, Şura Star TV-də yayımlanan “Duymayan kalmasın”, Beyaz TV-də efirə çıxan “Söylemezsem olmaz” və Em TV-nin “Hər şeyi konuşalım” verilişlərinə pul cəzasının verilməsi barədə qərar qəbul edib. 

Sözügedən verilişlərdə Gülben Ergenin boşanmağı barədə məlumatlar verilib və sənətçinin eks-əri Mustafa Ərdoğan haqqında ağır ittihamlar səsləndirilib. 

Hər iki məşhur RTÜK-ə şikayət məktubu yollayıb və Şura həmin müraciəti dəyərləndirib. 

“Duymayan kalmasın”a 207 min TL, “Söylemezsem olmaz”a 32 min 454 TL və “Hər şeyi konuşalım”a 14 min 908 lirə pul cəzası verilib.