Gülbəni ölümlə hədələyənlər tutuldu

Gülbəni ölümlə hədələyənlər tutuldu
Oxunma sayı: 895

Bir qrup şəxs müğənni Gülbən Ərgənin telefonuna mesaj yazaraq ölümlə təhdid edib. “Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Anadolu Baş Prokurorluğu hərəkətə keçib.  

Əməliyyat zamanı mesajlar atan Emre.K və Harun. G adlı şəxslər tutulub. Həbs olunan hər iki şəxsin kimliyi müəyyənləşib.  Emre. K-nın sənətçinin eks-əri Erhan Çelikinin köməkçisinin qardaşı, Harun. G isə onun sürücüsü olduğu ortaya çıxıb. 

Emre. K ifadəsində mesajları atmadığını, telefonu bacısı Sedaya verdiyini etiraf edib.  Seda. K polis şöbəsinə çağırılıb və ittihamları qəbul etməyib.  Bir qədər sonra Emre. K günahı boynuna alaraq G. Ərgənə mesajlar atdığını deyib. 

Faktla bağlı cinayət işi açılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi