Gülən Azərbaycanda bağlanan məktəblərdən danışdı – - Video

gulen-azerbaycanda-baglanan-mekteblerden-danisdi-
Oxunma sayı: 4311


“Qafqazinfo” ANS TV-ə istinadən xəbər verir ki, Azərbaycanda Beynəlxalq Təhsil Kompleksi və Araz kurslarının bağlanmasından sonra bu tədris müəsisələrinin aid olduğu güman edilən Hizmət hərəkatının lideri Fəthullah Gülən ilk dəfə bu məktəblərlə bağlı çıxış edib. Gülən 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyəti yada salıb və onların vasitəsilə burada öz məktəblərinin açılmasından danışıb. “Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. Bizimkilər “işğal edildik” deyə mənə zəng etdilər və dedim ki, təhlükəli bir gündə, ölmək lazım olan bir gündə onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”-deyə Gülən bildirib. 

Çox maraqlıdır ki, Fəthullah açıqlamasında bu məktəblərin bağlanma səbəblərindən söhbət belə açmayıb. Videonun yayıldığı şəbəkələrdə onun tarixi 27 avqust göstərilir və bu açıqlamanın yeni olduğu təəssüratı yaradır. Amma Fətulla Gülən onu deməyi unudub ki, indi Azərbaycanda 20 il bundan əvvəlkindən fərqli bir dövlət var. Müasir və güclü Azərbaycan öz təhsilini də yenidən qurmağı bacarıb. 

Azərbaycanda hazırki dövrdə müasir standartlara uyğun təhsil sisteminin qurulması və dinamik inkişaf Gülən və ya bu kimi məktəblərin fəaliyyətinə ehtiyac olmadığını sübut edir. Təhsil Nazirliyi də dəfələrlə əmin edib ki, bağlanan Türk liseyləri Azərbaycanın təhsil sisitmində boşluq yaratmayacaq və həmin təhsil müəssisələrində oxuyan 3200 şagird və 500 müəllimin yerləşdirilməsində problemlər də olmayacaq. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, ilk növbədə şagirdlər istəklərinə uyğun seçim edə bilərlər. Növbti iki ay ərzində isə pedoqoji heyyətin yerləşdirilməsi ilə bağlı qəraların qəbul olunacağını deyən rəhbər yerləşdiriləcək olan şəxslərin 3200 nəfər olduğunu bildirdi.

Bu il iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, “Araz” hazırlıq kursları daxildir.