Gülən danışdı - - "Bu, bir oyundur"

gulen-danisdi-
Oxunma sayı: 3100



“Qafqazinfo” Publika.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Türkiyədəki camaatın lideri Fətullah Gülən uzun müddətdir davam edən sükutdan sonra “Zaman” qəzetinə müsahibəsində  “Ərgenokon” əməliyyatı zamanı həb olunanların azadlığa çıxmasına münasibət bildirərkən deyib. O, qanun və hüququn tərəfində olduqlarını bildirib.  Qeyd edib ki, ergenokonçular təxliyə olunsalar da, məhkəmələri davam edir: “Hüququn qərarını hörmətlə qarşılamaq lazımdır. Biz həmişə belə olmuşuq, bundan sonra da belə olacağıq”.
 
F. Gülən hazırda Türkiyədə camaata qarşı edilənlərə sərt münasibət bildirib: “Bu cür münasibətləri dəfələrlə yaşadıq. 12 mart işində “dövlətə sızmaq” ittihamı ilə 6 ay yarım həbs. 163-cü maddə rəhmətlik Özal tərəfindən ləğv edilənə qədər gilyotin kimi müsəlmanların başı üzərinə idi. 12 sentyabrdan (1980) başlayaraq, 6 il təqib edildim. Amma bu gün hərbi çevrilişlərdə gördüklərimizdən 10 qat pis münasibət görürük”.
 
F. Gülən “Fənərbaxç”a futbol klubunu camaatın alacağı ilə bağlı deyilənləri də təkzib edib. Bunu ümumiyyətlə anlamadıqlarını bildirib. O, Türkiyə ictimaiyyətinə mesaj olaraq bildirib ki, izah edə bilmədikləri hər şeyi camaata yıxmaq kimi bir refleks var.
 
Camaat lideri “17 dekabr”-dan  sonra  baş verənlərə münasibət bildirib. “Dostlarımızın demək olar ki, hamısı vəfalı çıxdı. Hətta bu qədər təzyiqlərə rəğmən dostlarımız arasında sarsıntı demək olar heç yaşanmadı. Amma könül hər kəsin belə davranmasını istəyir. Bəzən bu gözlənti tam reallaşmır. Yaşı ötmüş, gün görmüş bəzi dostlarımızın haqpərəstlik adı ilə ortaya çıxıb bir şeylər deməsini gözləməyə haqqımız varmı, bilmirəm. Amma ən azından bunu demək istəyirəm: Yaxşı gün dostu olmağı bəzi insanlara yaraşdırmadım. Fəqir (özünü nəzərdə tutur-red) üçün canını verməyə hazır olduğunu deyən bir insan vardı. 12 martdan sonra həbsdən çıxdıq, Bozyaka Yurdunu yeni yaradırdıq, bunları tamamlayaq dedim: “Xocam Allah eşqinə məni qarışdırmayıb” demişdi. Belə çətin dövrlərdə yolundan sapmamaq lazımdır, hər kəs xarakteri qədər”-deyə F. Gülən bildirib.