Gülənin əsas adamlarından biri saxlanıldı - Foto

Gülənin əsas adamlarından biri saxlanıldı
Oxunma sayı: 1006

FETÖ terror qruplaşmasının üzvü, Fətullah Gülənin əsas adamlarından biri Əli Sipahi Braziliya polisi tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, aprelin 5-də ABŞ-dan Braziliyanın San-Paulo şəhərinə qayıdarkən “Quarulyus” Hava Limanında saxlanılsa da, bu barədə məlumat bu gün yayılıb. 

Türkiyə bundan öncə Braziliya hökumətindən Sipahinin təhvil verilməyini istəyib. Hazırda Braziliya Yüksək Məhkəməsi bu məsələ ilə bağlı dəyərləndirmə aparır. FETÖ-çü mayın 3-də hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Əli Sipahi 2007-ci ildən Braziliyada məskunlaşıb. O, 2016-cı ildə bu ölkənin vətəndaşlığını alıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi