Gülər Əhmədova banka qoyduğu 30 mini geri aldı

guler-ehmedova-banka-qoydugu-30-mini-geri-aldi
Oxunma sayı: 705

Sabiq deputat Gülər Əhmədova ləğvetmə prosesində olan “Bank Standard”a qoyduğu əmanətinin 30 min manat sığorta hissəsini geri alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a o, özü məlumat verib.

G.Əhmədova banka təxminən 15 il əvvəl 24 min dollar məbləğində əmanət qoyduğunu deyib.

Keçmiş deputat banka qoyduğu əmanətinin qalan hissəsini hələ də ala bilmədiyini əlavə edib.