Gülər Əhmədovanın anası xəstəxanaya düşdü

guler-ehmedovanin-anasi-xestexanaya-dusdu
Oxunma sayı: 638

“Qafqazinfo”nun Musavat.com-a istinadən məlumatına görə, sabiq deputatın anası Səriyyə Əliyeva Akademik M.Ə.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Onun ürəyində problemlərin olduğu bildirilir. Gülər Əhmədovanın ailəsinə yaxın mənbələr bildirir ki, onunla bağlı son aylarda yaşananlar anasının səhhətinə mənfi təsir göstərib.

Qeyd edək ki, Gülər Əhmədovanın anası indi müalicə olunduğu Akademik M.Ə.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda tibb bacısı işləyir.