Gülər Əhmədovanın əri və oğlu həbs olunub?

guler-ehmedovanin-eri-ve-oglu-hebs-olunub
Oxunma sayı: 634

Haqqin.az saytının məlumatına görə, Bakı şəhər Prokuorluğunun evdə axtarış aparan əməkdaşları Gülər Əhmədovanın ərini və böyük oğlunu da özləri ilə aparıblar. Saytın mənbəsi bildirib ki, Gülər Əhmədova ciddi-cəhdlə vəkil axtarışlarına başlayıb. Gülər Əhmədovanın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. O, telefon zənglərinə cavab vermir.

Musavat.com da öz mənbələri ilə xəbəri dəqiqləşdirməyə çalışıb. Sabiq millət vəkilinin qonşuları yeni həbslərdən xəbərsiz olduqlarını bildiriblər. Lakin onlar məlumat veriblər ki, hələ bir neçə gün əvvəldən Gülər Əhmədovanın oğlu ifadə vermək üçün prokurorluğa dəvət edilibmiş.

Bütün bunlar onu deməyə əsas verir ki, Elşad Abdullayevin yaydığı qalmaqallı videolarla əlaqədar istintaq təkcə Gülər Əhmədovanın özünü yox, ailə üzvlərini dindirir.

Mövzunu diqqətdə saxlayırıq.

musavat.com