Güləş Federasiyasından Suriyada öldürülən idmançı ilə bağlı- - Açıqlama

gules-federasiyasindan-suriyada-oldurulen-idmanci-ile-bagli-
Oxunma sayı: 3549


“Qafqazinfo” xəbər verir ki, Federasiyanın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur.

 C. Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da, Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C. Bayramov təxminən bir-iki il əvvəl yığmadan ayrılıb.

 Federasiyanın mətbuat xidmətindən C. Bayramovun Azərbaycan yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər.

 

Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir.

Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib.

Mücahidlər C. bayramovun fotosunu da yayıblar.