Güləş üzrə Avropa çempionatı keçiriləcək

gules-uzre-avropa-cempionati-kecirilecek
Oxunma sayı: 676

Gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandamız böyük məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında çempionatda iştirak edəcək. Yığmamızı Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) təmsil edəcək. Sərbəst güləşçilər 21-22 iyun tarixində mübarizə aparacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında qızlardan ibarət yığma komandamız 23-24 iyunda qüvvələrini sınayacaq. Heyətdə Marziget Baqomedova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Fərəh Rəsulova (59 kq), Şəms Əhmədova (67 kq) və Aytən Əliyeva (72 kq) yer alıb. Yunan-Roma güləşçiləri çempionatın son iki günündə xalça üzərinə çıxacaq. Böyük məşqçilər İlqar Abdulov və Ağalar Aslanovun rəhbərliyi altında Vilayət Qəhrəmanlı (50 kq), Eldəniz Əzizli (55 kq), Rövşən Tağıyev (60 kq), Rəsul Çunayev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Kamran Hüseynov (96 kq) və Zaur Mehrəliyev (120 kq) çempionatda ölkəmizi təmsil edəcək.


Səidə