Güləşçilərimiz bürünc medal qazandılar

gulescilerimiz-burunc-medal-qazandilar
Oxunma sayı: 648

“Qafqazinfo”nun xəbərinə görə, yığma komandanın 3 üzvünün iştirak etdiyi turnirdə təmsilçilərimizdən yalnız İbrahim Yusubov fəxri kürsüdə özünə yer tuta bilib. Təmsilçimiz 74 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, məşqçi Elman Əsgərovun rəhbərliyi altında Azər Paşayev (55 kq), İbrahim Yusubov (74 kq) və Elnur Əliyev (84 kq) turnirdə iştirak edib. Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov təmsil edib.