Güləşçilərimiz dünya çempionatının finalında - Yenilənib

gulescilerimiz-dunya-cempionatinin-finalinda
Oxunma sayı: 5574

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. “Qafqazinfo” xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib. 

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub. Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb.

**

Güləşçilərimiz Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

Azərbaycan Güləş Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, Cəbrayıl Həsənov və Şərif Şərifov növbəti qələbələrini qazanmaqla, finala yüksəliblər.

Sentyabrın 22-də keçiriləcək həlledici qarşılaşmada Cəbrayıl Həsənovun rəqibi Kayl Deyk, Şərif Şərifovun rəqibi isə üçqat Avropa çempionu Abdulrəşid Sadulayev (Rusiya) olacaq.