Güləşçilərimizdən daha bir medal

gulescilerimizden-daha-bir-medal
Oxunma sayı: 1606

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən güləşçi Rafiq Hüseynov gümüş medal qazanıb. 

Azərbaycan Güləş Federasiyasından "Qafqazinfo"ya verilən məlumatına görə, 82 kq çəki dərəcəsində yer alan Hüseynov finalda gürcüstanlı Laşa Qobadzeyə məğlub olub - 3:5.

Daha əvvəl yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.