Güləşçilərimizdən iki qızıl, gümüş və bürünc... - Yenilənib

gulescilerimizden-iki-qizil-gumus-ve-burunc
Oxunma sayı: 1226

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.

“Qafqazinfo” xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan Xasay Həsənov finalda almaniyalı D. Nakaevi məğlub edərək qızıl medal qazanıb.

***

51 kq-da Elmir Əliyev ukraynalı Sanya Yakovlevə qalib gələrək qızıl medal əldə edib.

***

53 kq-da qadın güləşçimiz Elnurə Məmmədova finalda rusiyalı Polina Rukinaya uduzaraq gümüş əldə edib.

65 kq-da Nigar Mirzəzadə bürünc medal uğrunda yarışlarda polşalı Zofia Polovçikə qalib gəlib 3-cü yerin sahibi olub.