Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

gulescimiz-dunya-cempionatinda-burunc-medal-qazandi
Oxunma sayı: 1079

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından "Qafqazinfo"ya verilən məlumata görə, avqustun 18-də güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, təmsilçimiz təsəlliverici görüşdə əlcəzairli güləşçi Murtada Nanayı 8:0 hesabı ilə məğlub edib.