Güləşçimiz erməni idmançını məğlub etdi

gulescimiz-ermeni-idmancini-meglub-etdi
Oxunma sayı: 637

Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.

Azərbaycan güləşçisi Rövşən Tağıyev 1/16 final mərhələsində Ermənistan təmsilçisi Vazgen Xaçatryan ilə üz-üzə gəlib.

60 kq çəkidə mübarizə aparan Tağıyev erməni rəqibini məğlub edərək (4:0, 0:2, 3:0) 1/8 final mərhələsinə yüksəlib.